IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Dövlət Turizm Agentliyinin nümayəndələri Qızılağac Milli Parkının yaradılmasının ildönümünə həsr olunmuş Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə çəkikimi balıqların buraxılması mərasimində iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, IDEA İctimai Birliyi və nazirlik tərəfindən birgə həyata keçirilən “Zəngin hövzələr” layihəsi çərçivəsində çəki, ağ amur və qalınalın balıq körpələri Kiçik Qızılağac körfəzinə buraxılıb.
Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.
Bununla əlaqədar, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.
“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, 26 sentyabr 2018-ci il tarixində yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab edilir.
Qızılağac Milli Parkının zəngin biomüxtəlifliyini nəzərə alaraq, 2019-cu ilin nöyabr ayında IDEA İctimai Birliyinin təşəbbüsü ilə milli park dünya sularının xilası üçün ümid yeri ("Hope Spot") kimi seçilib.
Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir.
Ümid yerlərinin elan edilməsi okeanların mühafizəsi üzrə qlobal ictimai dəstəyə nail olunması və getdikcə daha geniş su ərazilərinin mühafizə altına alınması məqsədini daşıyır.
Qızılağac Milli Parkına aid su ərazisi Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisidir ki, onun mühafizəsi dünyanın ən çox nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.
İDEA İctimai Birliyi və ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etməyə, məsuliyyətli balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə çağırır.
Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb
Digər xəbərlər
Xəbərdarlıq: Çaylardan sel keçəcək, dolu düşəcək
18 oktyabr, 2026 / 15:07
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
18 oktyabr, 2026 / 14:04
Sabah rayonlarda 30 dərəcə isti olacaq, arabir yağış yağacaq
18 oktyabr, 2026 / 12:32
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
17 oktyabr, 2026 / 12:23
Azərbaycanda son bir həftədə yaşıllıqlara 136 700 manat ziyan dəyib
16 oktyabr, 2026 / 16:08
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
16 oktyabr, 2026 / 14:18
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
16 oktyabr, 2026 / 12:43
Sabah Bakıda hava çiskinli olacaq
15 oktyabr, 2026 / 12:38
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
15 oktyabr, 2026 / 08:37
Oktyabrın ilk yarısında Bakıda 26, bölgələrdə isə 30 dərəcə isti olub
14 oktyabr, 2026 / 14:40
Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
14 oktyabr, 2026 / 12:52
Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
13 oktyabr, 2026 / 12:41
Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
12 oktyabr, 2026 / 16:50
Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
12 oktyabr, 2026 / 12:11
Sabah yağış yağacaq
11 oktyabr, 2026 / 12:22
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib
11 oktyabr, 2026 / 06:37
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur
11 oktyabr, 2026 / 01:45
Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10 oktyabr, 2026 / 13:02
Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
10 oktyabr, 2026 / 10:46
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
10 oktyabr, 2026 / 10:23