İdarə rəisi: "Ağacların inkişafı üçün kənar müdaxilə etmək olmaz”

“Son vaxtlar ölkədə ağacların yaşıl örtüklə örtülməsi, üzərinin dekor tipli işıqlandırılması, eləcə də diblərinin betonlanması halları müşahidə edilir. Yaşıllıqların normal bioloji inkişafına mənfi təsir göstərən kənar müdaxilələrin olması yolverilməzdir”.

“Report” xəbər verir ki, bu sözləri 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, əgər ağac bioloji inkişafdan qalmayıbsa və heç bir zərər olmayıbsa, bu halda hər hansı inzibati tədbirin görülməsi mümkünsüzdür: “Biz sadəcə ağacların üzərinin yaşıl örtükdən azad olunması tələbi irəli sürə bilirik. İnzibati Xətalar Məcəlləsində inzibati tədbir görülməsi yalnız ağacın zədələnməsinə görə edilir. İstənilən halda ağacların inkişafı üçün kənar müdaxilə etmək olmaz”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34