Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb

Göygöl rayonunun Tülallar və digər ucqar kəndlərinə qar yağır.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda qarın hündürlüyü 6-sm çatıb.

Yağıntı nəticəsində kəndlə rayon mərkəzini təmin edən avtomobil yolunda bəzi fəsadlar yaranıb.

Hazırda yolda yaranan çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Tülallar kəndi rayon mərkəzindən 35 km uzaqlıqda yerləşir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34