Fond direktoru: “İqlim dəyişikliyi Xəzər suitisinin populyasiyasına güclü təsir göstərir”

“İqlim dəyişikliyi Xəzər suitisinin populyasiyasına güclü təsir göstərir”.

Bunu “Report”a bunu “Təmiz dənizlər” Beynəlxalq Ekoloji Fondunun rəhbəri Vasili Boqoslovski deyib.

“Xəzər suitisinin 2018-ci ildə Rusiyanın “Qırmızı kitab”ına daxil edilməsinə nail olduq. Azərbaycanda bu heyvan çoxdan “Qırmızı kitab”a daxil edilib”, - o bildirib.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi probleminə toxunan V.Boqoslovski vurğulayıb ki, birgə işdən əlavə, sahilyanı ölkələrin elmlər akademiyaları Xəzər dənizinin atlasının hazırlanmasında fəal iştirak etməli, dövlət qurumları maksimum yardım göstərməli, Xarici İşlər nazirlikləri iqlim və biomüxtəlifliyin məhz bu hissəsində katibliyin işini gücləndirməli, ehtiyatlardan istifadə edən şirkətlər isə Xəzər dənizində monitorinq və tədqiqatlar aparmalıdır.

Onun sözlərinə görə, bu gün Bakıda keçirilən konfrans Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi probleminin həllinə böyük töhfə verəcək, həmçinin ekspertlərin bu məsələ ilə bağlı fikir mübadiləsi aparmasına şərait yaradacaq.

Xatırladaq ki, bu gün Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirin informasiya tərəfdaşı “Report” İnformasiya Agentliyidir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34