Küləkli hava şəraiti gecəyə doğru tədricən mülayimləşəcək - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 17:00-a olan məlumatına əsasən, Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək. Dekabrın 30-u və bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34