ETSN Xəzərin sahilinin təmiz saxlanılması üçün ictimaiyyətə müraciət edib

Bakı. 1 iyun. REPORT.AZ/ "2017-ci ildə Xəzər dənizinin sahil boyu ərazilərinin çirklənməsi ilə bağlı 200-dən çox akt tərtib olunub".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qənbərov deyib.

O bildirib ki, 2018-ci ildə də bu cür hallarla rastlaşırıq və nazirlik nümayəndələri bunun qarşısının alınmasına dair işlər görür: "Son bir həftə ərzində Xəzər sahilində aparılan monitorinqlər göstərir ki, hələ sahil əraziləri təmizdir. Çünki dəniz mövsümü başlamayıb. Bu işə ictimaiyyətin özü kömək etməlidir, dəniz mövsümü başlayandan sonra da bu əraziləri təmiz saxlamaq lazımdır".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34