ETSN: "Bakıda ağacların kəsilməsilə bağlı şirkət rəhbəri cəzalandırılıb"

Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

"Report"un məlumatına görə, Xidmət rəsmisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı həmin ünvanda köhnə tikililərin sökülüb yerində yeni yaşayış binalarının tikintisi layihəsi çərçivəsində "Etibar İnşaat-K" MMC-yə verilmiş ekoloji ekspertiza rəyinin şərtlərinə əməl olunmadığı müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub və şirkət rəhbəri barəsində qanunamüvafiq tədbirlər görülür".

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58