ETSN: Badamdarda sürüşmə sahəsindəki aktivlik gecə boyu davam edib, hasar uçub

Bakı. 16 oktyabr. REPORT.AZ/ Badamdardakı sürüşmə ərazisində aktivlik gecə boyu davam edib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin yaratdığı Qərargah oktyabrın 15-dən 16-na keçən gecə də ərazidə müşahidələri davam etdirib. Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecə boyu davam edib.

Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.

Digər xəbərlər

Sabah hava yağmursuz olacaq 23 dekabr, 2025 / 13:01
Bəzi yerlərdə yağış yağacaq 21 dekabr, 2025 / 12:21
Sabah hava yağmursuz keçəcək 18 dekabr, 2025 / 12:13
Sabah hava yağmursuz keçəcək 17 dekabr, 2025 / 12:40