Energetika naziri “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazroueinin dəvəti ilə 9-11 may tarixlərində Abu-Dabi şəhərində keçiriləcək “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

Bu barədə "Report"a Energetika Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazirin Konqresin Strateji Konfransında panel müzakirələrində çıxışı, enerji və su təchizatının idarə edilməsi, bu sahələrdə innovativ məhsullar və yeni texnologiyaları nümayiş etdirən müxtəlif sərgilərdə iştirakı, həmçinin bir sıra görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, Abu-Dabinin vəliəhdi, Şeyx Məhəmməd bin Zayed Əl Nahyanın himayəsi altında keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə 50-dən çox ölkədən 14 energetika nazirinin, aparıcı enerji və su təchizatı müəssisələrini təmsil edən 70-dən çox sənaye rəhbərinin və 1 000-dən çox nümayəndənin iştirakı gözlənilir.

“Ümumdünya Kommunal Xidmətlər Konqresi” qlobal enerji və kommunal xidmətlər sənayesinə dair fikir və strategiyalar mübadiləsi aparmağa imkan yaradan bir platformadır.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34