Ekologiya və təbii sərvətlər naziri Tovuzda vətəndaşları qəbul edib

Bakı. 23 noyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24