DYP hərəkət iştirakçılarına müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edib.

"Report" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabr ayının 17-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34