DİN rəsmisi: "Bazarlarda, yol qıraqlarında kiçik ölçülü balıq satanlar cəzalandırılır"

"Kimlərsə elə bilirlər ki, müəyyən ölçülərdən kiçik ölçüdə olan balıqları sata bilərlər".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

O bildirib ki, müvafiq ölçülərdən kiçik olan balıqları satanlar cəzalandırılır.

E.Süleymanov bununla bağlı Cinayət Məcəlləsinin 194-cü maddəsində müvafiq maddənin olduğunu bildirib: "Bununla bağlı monitorinqlər aparılır, bazarlarda, yol qıraqlarında kiçik ölçülü balıq satanlar cəzalandırılır".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34