Bu gün meşə fondu torpaqlarında 13 mindən artıq ağac əkilib

Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə Şabran rayonunda keçirilib və Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış terraslarda 4 000-dən çox müxtəlif növ ağac tingi əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov "Report"a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri, eyni zamanda, Masallı, Sabirabad, Ağcabədi, Qəbələ və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində aparılıb:

“Gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 13 000-dən artıq müxtəlif növ ağac tingi əkilib”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34