Bu gün dumana görə bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda yanvarın 31-də magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, görünüş məsafəsinin məhdudlaşmasına səbəb ölkə ərazisinin bəzi yerlərində olan dumanlı hava şəraitidir.

Digər xəbərlər

Şahdağa qar yağır - Faktiki hava 20 noyabr, 2026 / 10:11
Sabah hava yağmursuz olacaq 16 noyabr, 2026 / 12:52