Biləsuvarda yeni meşə massivi salınıb

Biləsuvar rayonunda ağacəkmə aksiyası keçirilib və yeni meşə massivi salınıb.

"Report"un Muğan bürosunun məlumatına görə, 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyasında 17 000 ədəd ağac əkilib.

Bunun nəticəsində Biləsuvar–Cəlilabad avtomobil yolunun Aşağı Cürəli kəndi ərazisindən keçən hissəsində yeni meşə massivi yaradılıb.

Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, bu cür ağacəkmə kampaniyalarında əkilən ağaclar mühafizə olunmalı, vaxtlı-vaxtında suvarılmalı və qorunmalıdır.

Digər xəbərlər

Sabah 35 dərəcə isti olacaq 01 iyul, 2026 / 12:28