Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Avqustun 27-si saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yağıntının miqdarı Qəbələdə 24 mm, Qaxda 33 mm, Şəkidə 23 mm, Tərtərdə 13 mm, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlıda 5 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında 32 dərəcəyədək, Naxçıvan MR-da 35 dərəcəyədək, aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19