Azərbaycanın milli parklarından qar görüntüləri - FOTOLAR

Qış fəslinin təbiət mənzərələri milli parklarda özünəməxsus gözəllik yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, Şahdağ Milli Parkında qar görüntüləri bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.

Göygöl Milli Parkında da füsunkar mənzərəni, eko-turistlərin qar sevincini görmək mümkündür.

Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da qar örtüyünə bürünüb.

Altıağac Milli parkının gözəl təbiətinə qar daha da gözəllik qatıb.

Samur-Yalama Milli Parkının meşələrinin qarlı mənzərəsi də göz oxşayır.

Aran Qarabağa da qar yağıb. Ağgöl Milli Parkının düzən əraziləri ağappaq görünür.

Bu qış Abşeron yarımadasının ən ucqar nöqtəsinə, Abşeron Milli Parkına da qar yağıb.

Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri milli parklarımızdakı qışın təbiət gözəlliklərindən zövq almağa dəvət edirik.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34