Azərbaycanın bəzi rayonlarına yağış, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 8-i saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.

Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğux, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.

Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur.

Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24