Azərbaycan və Yaponiya dekarbonizasiya üzrə birgə komitənin ilk iclasını keçirəcəklər

Azərbaycan və Yaponiya dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə Birgə Kreditləşdirmə Mexanizmindən (BKM) istifadə olunmasına BKM Birgə Komitəsinin ilk iclasının yaxın zamanda keçirilməsinə razılıq əldə ediblər.

Bu barədə "Report"a Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tokioda yapon həmkarı Toşimitsu Motegi ilə görüşunə dair mətbuata birgə açıqlamasında deyilir.

Bundan başqa açıqlamada qeyd olunub ki, tərəflər iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi məqsədilə 2025-ci ilin sentyabr ayında keçirilmiş Azərbaycan-Yaponiya Birgə İqtisadi Komitəsinin 12-ci iclasını məmnunluqla qeyd edib və növbəti iclasın yaxın zamanda keçirilməsinin zəruriliyini təsdiqləyiblər.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24