Azərbaycan və Almaniya iqlim təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev və Almaniyanın ətraf mühitin mühafizəsi, iqlimin qorunması, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi üzrə federal naziri Karsten Şnayder Münxendə iqlim təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" sosial şəbəkəsində məlumat yayıb.

"Tərəflər COP31 ərəfəsində əsas prioritetləri, həmçinin Azərbaycan və Almaniyanın iqlim təhlükəsizliyi sahəsində əməkdaşlığını müzakirə ediblər", - o yazıb.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22