Azərbaycan meşələrinin rekreasiya təzyiqi normaları müəyyənləşdirilir

Bakı. 23 fevral. REPORT.AZ/ “Hazırda meşələrin rekreasiya təzyiqi normalarının müəyyənləşdirməsi istiqamətində iş gedir”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda meşə ehtiyatlarından səmərəli istifadə edilməsi çərçivəsində meşə fondunun turizm potensialından geniş yararlanması nəzərdə tutulur.

Sektor müdiri bildirib ki, meşə fondunun turizm potensialı genişdir və dağ turizminin inkişafı üçün perspektivlər var: “Turistlərin hərəkəti üçün müvafiq cığırlar qoyulacaq, istirahət üçün yerlər müəyyənləşdiriləcək və bundan sonra həmin meşə ərazisinin turizm obyekti olduğu müəyyənləşəcək”.

S.Salmanov vurğulayıb ki, artıq keçən ildən bu işlərə başlanılıb və Qusar, Quba, Göygöl, Şəki, Qax, Gədəbəy, Daşkəsəndə turizm marşrutları mövcuddur: “Bu yerlərdə turizm potensialından istifadə olunur. Milli Meşə Proqramı çərçivəsində isə işlər davam etdiriləcək”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38