Azad olunmuş dörd rayonu əhatə edəcək milli parkın ilkin xəritə-sxemi hazırlanıb

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə salınması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycan Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb:

"Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir".

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02