Sabah Bakıda hava günəşli olacaq

Bakıda və Abşeron yarımadasında sabah, sentyabrın 2-də havanın günəşli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  45-55 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək.   

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər

Sabah da Bakıya yağış yağacaq 03 oktyabr, 2026 / 12:33
Kəlbəcərə sulu qar yağıb 02 oktyabr, 2026 / 10:23
Sabah Azərbaycanda leysan yağacaq 01 oktyabr, 2026 / 13:20
Sabah rayonlara yağış yağacaq 29 sentyabr, 2026 / 12:43