Bakı. 12 noyabr. REPORT.AZ/ Kanadanın Hərbi Hava Qüvvələri İraqda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının artilleriya qüvvələrinə zərbə endirib.
"Report" "The Toronto Star" nəşrinə istinadən xəbər verir ki, Kanadanın müdafiə naziri Rob Nikolsonun mətbuat katibi Yohanna Kuinneyin sözlərinə görə, bombardımançı CF-18 qırıcısı Tikritin şimalında yerləşən Bəyçi şəhəri yaxınlığında düşmənin artilleriya qüvvələrini məhv etmək üçün lazer bombalarından istifadə edib.
Qeyd edək ki, Kanada HHQ İŞİD-in mövqelərinə ilk dəfə noyabrın 3-də zərbə endirib.