Bakı. 25 mart. REPORT.AZ/ Bu gün qeyri-stabil hava şəraiti səbəbindən İstanbulda bütün daxili dəniz avtobusu səfərləri ləğv edilib. "Report"un məlumatına görə, bu barədə qərarı İstanbul Dəniz Avtobusları (İDO) verib.
Qurumun rəsmi saytında verilən elanda bildirilir: "Hava durumu ilə əlaqədar bütün daxili xətt dəniz avtobus səfərləri ləğv edilib".