Yunanıstanda məhbuslara dron vasitəsilə bağlamalar göndərildiyi ortaya çıxıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Trikala şəhər həbsxanasında qeydə alınıb.
Belə ki, cəzaçəkmə müəssisəsinin mühafizə xidməti fevralın 1-i axşam saatlarında həbsxana üzərindən 2 dronun uçmasının şahidi olub. Nəticədə həbsxanada yoxlama keçirilib və üç kağız paket aşkarlanıb. Həmin paketlərdə 5 mobil telefon, 8 sim kart, USB kabeli və qulaqlıqlar olub. Hazırda faktla bağlı istintaq aparılır.
Xatırladaq ki, dronların həbsxana üzərindən uçuşu ötən il də qeydə alınıb.