Yaponiyanın müdafiə naziri Çinə səfər etməyi planlaşdırır

Yaponiya müdafiə naziri Takesi Iveya ölkələr arasında əlaqələri möhkəmləndirmək üçün razılaşmanın bir hissəsi olaraq ilin sonunadək Çinə səfər etməyi planlaşdırır. 

"Report" TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli qəzet Yomiuri Shimbun məlumat yayıb. 

Bildirilir ki, bu, Yaponiya müdafiə nazirinin 2009-cu ilin mart ayından etibarən Çinə ilk səfəridir. Səfərin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09