Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xəzər dənizi akvatoriyası vasitəsilə həyata keçirilən beynəlxalq narkotik satışı kanalını aşkar edərək fəaliyyətinin qarşısını alıb.
Bu barədə "Report"un Qazaxıstan bürosu Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, noyabrın 1-də Sərhəd xidməti qurumun Manqistau vilayəti üzrə departamenti ilə birlikdə katerlə təqibdən yayınmağa çalışan üç əcnəbini və sahildə olan iki Qazaxıstan vətəndaşını saxlayıb.
Əməliyyat zamanı 109 kq narkotik vasitə, o cümlədən 22 kq tiryək, 27 kq həşiş və 60 kq marixuana, eləcə də kiçikhəcmli kater müsadirə edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.