Vitse-prezident: Maduro Venesuelanın yeganə qanuni lideridir

Nikolas Maduro Venesuelanın yeganə qanuni Prezidentidir.

"Report" xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes bildirib.

O vurğulayıb ki, ABŞ uydurma bəhanələrlə Venesuelaya qarşı təcavüz aktı törədib və Maduro ilə onun həyat yoldaşını dərhal azad etməlidir.

"Venesuela rəhbərliyi ölkənin təbii sərvətlərini qoruyacaq, onlar xalqa məxsusdur", - Rodriqes vurğulayıb və qeyd edib ki, Venesuela "heç kimin müstəmləkəsi olmayacaq".

Əvvəllər ABŞ prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib ki, Venesuela vitse-prezidenti Amerika dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı ABŞ ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Digər xəbərlər