Ukraynanın Korrupsiyaya qarşı Ali Məhkəməsi keçmiş ədliyyə naziri Qerman Qaluşenkonu həbs edib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, məhkəmənin qərarı ilə o, 60 sutka müddətinə həbs edilib və 200 milyon qrivna (4,6 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılmaq imkanı ilə məhkəmə zalındaca saxlanılıb.
Qaluşenko qərardan narazı qaldığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, sonradan Ukrayna Ədliyyə Nazirliyinin rəhbəri təyin edilmiş keçmiş energetika naziri "Enerqoatom" şirkətinin vəsaitlərinin yuyulmasında ittiham olunur. Bildirilib ki, Qaluşenkonu 7 ildən 12 ilədək həbs cəzası gözləyir. Fevralın 15-də Ukraynanın Milli Antikorrupsiya Bürosu keçmiş nazirin Ukraynanı tərk etməyə cəhd edərkən saxlanıldığını bildirib.