Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb

Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb.

"Report" xəbər verir ki, matəm kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb.

Bildirilib ki, başsağlığı vermək üçün aşağıdakı ünvana məktub göndərmək olar: emb_az@mfa.gov.ua.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəşə tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.

Digər xəbərlər