Ukrayna XİN başçısı ABŞ-dan daha çox silah istəyib

Ukrayna xarici işlər naziri Dmitro Kuleba NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Kuleba tviterdə yazıb.

O bildirib ki, daha çox ərazini işğaldan azad etmək üçün Ukraynaya daha çox silah lazımdır.

Kuleba həmçinin Ukraynaya verdiyi sarsılmaz dəstəyə görə ABŞ rəsmisinə təşəkkür edib.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03