Ukrayna Fransanın SCALP raketlərini alıb

Ukrayna Fransanın SCALP raketlərini alıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda bildirib.

Zelenski Fransadan uzaqmənzilli SCALP raketləri aldığını təsdiqləyib və onlardan birinə imza ataraq müvafiq foto paylaşıb.

Bundan əvvəl Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lekornu bildirib ki, ölkə uzaqmənzilli SCALP raketlərini Ukraynaya təhvil verməyə razılaşıb.

Qeyd edək ki, ümumi məsafəsi 250 km olan raketlər birbaşa Rusiyanın müdafiə xəttinin arxasında olan nöqtələrə zərbə endirə bilər.

Digər xəbərlər