Ukrayna Başqırdıstan Respublikasındakı (Rusiya) neft-kimya müəssisələrinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko öz teleqram kanalında məlumat verib.
Məlumata əsasən, zərbə Rusiyanın kimya və neft-kimya sənayesi mərkəzlərindən biri olan Sterlitamak şəhərinə endirilib.
"Başqırdıstandakı Sterlitamak zərbə altındadır. Bu, Rusiyanın kimya və neft-kimya sənayesi mərkəzlərindən biridir. Məsələn, orada hərbi texnikaya aid yağlar və aviasiya yanacağı üçün ionol istehsal edən Sterlitamak neft-kimya zavodu yerləşir", – Kovalenko yazıb.