Türkiyə Suriya ilə şəhərsalma sahəsində əməkdaşlıq edəcək

Türkiyə Suriyanın yenidən qurulması prosesində mənzil tikintisi, şəhərsalma, infrastruktur və ətraf mühitin idarə olunması sahələrində əməkdaşlığa hazırdır.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Antalyada keçirilən sammit çərçivəsində Suriyanın yerli idarəetmə və ətraf mühit naziri Məhəmməd Ancarani ilə görüşündən sonra bildirib.

O qeyd edib ki, görüşdə mənzil tikintisi, şəhərsalma, infrastruktur, ətraf mühitin idarə olunması və yerli idarəetmə orqanlarının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Digər xəbərlər

Pakistanda 43 yaraqlı məhv edilib 13 noyabr, 2026 / 11:37