Keniyanın paytaxtı Nayrobi yaxınlığında tikilməkdə olan binanın çökməsi nəticəsində 6 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli "Citizen TV" telekanalına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə Nayrobi – Mombasa magistralında yerləşən yüksəksürətli dəmir yolunun son stansiyası yaxınlığında, Mlolonqo rayonunda baş verib.
Nəticədə 6 nəfər ölüb, yaralananların sayı məlum deyil.