ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyev üçün problemli məsələləri müzakirə edəcəyini bildirib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bunu Haaqada keçirilən NATO sammitində bildirib.
"Biz onunla üzləşdiyi çətinlikləri müzakirə edəcəyik. Düşünürəm ki, Ukraynanı müzakirə edəcəyik", - ABŞ lideri deyib.