Tramp Putinlə telefonla danışıb

ABŞ Prezidenti Donald Tramp martın 13-də rusiyalı həmkarı Vladimir Putinlə danışdığını bəyan edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

D.Trampın fikrincə, "Ukraynada münaqişənin dayandırılması üçün çox yaxşı şanslar var".

O qeyd edib ki, Putindən "Kursk vilayətindəki Ukrayna həbçilərinə rəhm etməsini" xahiş edib:

"Minlərlə Ukrayna hərbçisi Rusiya hərbçiləri tərəfindən tamamilə mühasirəyə alınıb. Onlar ağır və həssas vəziyyətdədirlər. Mən Prezident Putindən onların həyatını qorumağı təkidlə xahiş etdim".

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09