ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu onu HƏMAS rəhbərliyinin Dohadakı qərargahına zərbə endirmək planı barədə əvvəlcədən məlumatlandırmayıb.
"Report"un məlumatına görə, ABŞ lideri bu barədə Ağ Evdə keçirilən brifinqdə açıqlama verib.
"Mənə əvvəlcədən məlumat vermədi", – deyə Tramp müvafiq suala cavab olaraq bildirib.
Qeyd edək ki, daha əvvəl "Axios" portalı Netanyahunun Trampa bu niyyəti barədə əvvəlcədən məlumat verdiyini yazmışdı.