ABŞ Prezidenti Donald Tramp yenidən bəyan edib ki, Vaşinqton yaxın vaxtlarda Venesueladan quru yolu ilə narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlayacaq.
"Report" xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Dəniz yolu ilə narkotik qaçaqmalçılığı 92% azalıb, lakin qalan 8%-i kimin təşkil etdiyini heç kim anlaya bilmir. Mənim də heç bir fikrim yoxdur. Bu işdə iştirak edənlərin vəziyyəti indi yaxşı deyil və biz çox tezliklə bunu quru yolla da etməyə başlayacağıq", – deyə ABŞ lideri vurğulayıb.