Tramp tammiqyaslı ABŞ - İran münaqişəsinin yenidən başlayacağını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlarla İran arasında tammiqyaslı münaqişənin yenidən başlayacağını hələlik demək olmaz.

"Report"un məlumatına görə, o, bunu NATO-nun Türkiyədəki sammitindən sonra təyyarəsində jurnalistlərə bildirib.

"Bilmirəm", - Tramp genişmiqyaslı hərbi əməliyyatların yenidən başlama mümkünlüyü ilə bağlı suala cavabını verib.

Lakin Amerika lideri yeni tammiqyaslı münaqişənin baş verəcəyi təqdirdə, ABŞ-nin çox tez qalib gələcəyini bildirib.

Digər xəbərlər