Bakı. 25 yanvar. REPORT.AZ/ Dünyanın ən iri elektron malları və elektron komponentləri istehsal edən Tayvanın "Foxconn" şirkətində yanğın baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda şirkətin təmsilçisi bildirib.
Məlumata görə, "Foxconn" zavodu "Apple", "Canon", "Sony", "Xiaomi", "İntel", "Dell", "Hewlett-Parskard" və başqa firmalar üçün materiallar istehsal edir.
Xəbərdə bildirilib ki, şirkətdə bir milyon nəfər işləyir.