​Tailandda iki partlayış törədilib, 11 nəfər yaralanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Tailandın Xuaxin şəhərində törədilmiş partlayışlar nəticəsində ən azı 11 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Məlumata görə, şəhərdə iki bomba partlayıb, yaralananlar arasında əcnəbi turistlər də var.

Hadisənin təfərrüatları açıqlanmır.

Digər xəbərlər