Suriyada törədilən partlayış nəticəsində 7 nəfər ölüb, onlarla insan xəsarət alıb - YENİLƏNİB

Bakı. 17 dekabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin Afrin şəhərinin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin mərkəzi xəstəxanasındakı mənbə bildirib.

"Minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb", - deyə mənbə bildirib.

Məlumata görə, partlayış bazarda törədilib.


***14:53

Bakı. 16 dekabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin Afrin şəhərinin mərkəzində minalanmış avtomobil partladılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Al-Mayadeen" telekanalının "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilir ki, partlayış bazarda törədilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Daha əvvəl Hələb şəhərinə xlorlu mərmilərin atılması nəticəsində 50 nəfər zəhərlənib.

Xəbər lenti