Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yedək gəmisi iki naməlum mərmiyə tuş gəlib, nəticədə bir nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Mərkəzin məlumatına görə, gəmi cənub istiqamətində hərəkət edərkən ona naməlum mənşəli iki mərmi atılıb.
İnsident nəticəsində bir nəfər xəsarət alıb. Yedək gəmisinin adı və onun qeydiyyat limanı dəqiqləşdirilməyib.