Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb

Parisdəki Luvr muzeyinin əməkdaşları muzey bağlandıqdan sonra binaya qanunsuz daxil olan 26 yaşlı tələbə aşkarlayıblar.

"Report" "Ouest-France" qəzetinə istinadən xəbər verir ki, gənc oktyabrın 16-dan 17-nə keçən gecə muzeyin texniki dəhlizlərindən birində tapılıb.

İlkin məlumata görə, tələbə bir neçə başqa girişin şəklini çəkdikdən sonra binaya yanğın çıxışı vasitəsilə daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları muzeyə heç bir ziyan dəymədiyini müəyyən ediblər. Bununla belə, təhlükəsizlik siqnalizasiyası işə düşməyib.

Paris prokurorluğundan bildirilib ki, tələbənin həbsdə saxlanılması üçün əsas yoxdur. Araşdırma davam etdiyi müddətdə o, sərbəst buraxılıb.

Digər xəbərlər