Suriya ordusu Hələbin şimal-şərqinə nəzarəti ələ keçirib

Bakı. 29 noyabr. REPORT.AZ/ Suriyanın hökumət qüvvələri, həmçinin xalq könüllü dəstələri terrorçuları Hələbin daha iki məhəlləsindən çıxardaraq, şəhərin şimal-şərq hissəsinə nəzarəti tam ələ keçiriblər.

"Report" xəbər verir ki, bu barədə şəhərin könüllülər qərargahına istinadən RİA "Novosti" məlumat yayıb.

"Ordu və könüllülər Şeyx-Hodr və Şeyx-Fares məhəllələri üzərində nəzarəti geri qaytarmağa müvəffəq olublar. Beləliklə, demək olar ki, Hələbin şimal-şərq hissəsi tam olaraq Suriya ordusunun nəzarəti altındadır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hər iki məhəllədə döyüşlər təqribən bir sutka davam edib. Hazırda azad olunmuş ərazilərdə istehkamçılar işləyir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12