Sui-qəsd nəticəsində yaralanan Slovakiyanın Baş naziri təkrar müayinədən keçəcək

Sui-qəsd cəhdindən sonra Banska-Bistrica xəstəxanasında olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 27-də təkrar müayinədən keçəcək.

“Report” xəbər verir ki, bu barədə xəstəxana rəhbərliyi məlumat yayıb.

“Baş nazirin hazırkı vəziyyəti tibbi şuranın proqnozlarına uyğundur. Nəzarət müayinələri sabah da davam etdiriləcək”, - xəbərdə deyilir.

Digər təfərrüatlar açıqlanmayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10