Keçmiş Sovet İttifaqı Qəhrəmanı 72 yaşında vəfat edib

Keçmiş Sovet İttifaqı Qəhrəmanı general-polkovnik Valeri Vostrotin bu gün vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Buna səbəb kimi onun uzun müddətdir mübarizə apardığı ağır xəstəlik göstərilir.

Generalın 72 yaşı var idi.

Qeyd edək ki, o, 1989-cu ildə Əfqanıstanda döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45