Şolts: “Rusiya ilə NATO arasında toqquşma çox dəhşətli olar"

“Rusiya ilə NATO arasında toqquşma çox dəhşətli olar. Rəsmi Berlin bunun baş verməməsi üçün çalışır”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kasnleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO üzvü olması Rusiyanı narahat etməməlidir: “Çünki NATO müdafiə təşkilatıdır. Odur ki, NATO-nun şərqə doğru genişlənməsini müharibənin arqumenti kimi göstərməyə ehtiyac yoxdur”.

O.Şolts bildirib ki, Ukraynadakı müharibə Rusiyanın çoxdan planlaşdırdığı hərbi ekskalasiya idi: “Kiyev və Brüssel arasındakı təmaslar Rusiya Prezidenti Vladimir Putin üçün sadəcə bəhanə olub”.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında savaş ötən il fevralın 24-də başlayıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09